Millət vəkili Qənirə Paşayeva 28 May Respublika günü münasibətilə Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya çərçivəsində 400-ə yaxın gəncə tariximizə və mədəniyyətimizə dair maraqlı kitablar hədiyyə edib.
Kult.az xəbər verir ki, aksiya Tovuz Gənclər Evini, Düz Qırıqlı musiqi məktəbini və bir sıra kənd məktəblərini əhatə edib.
Hər zaman gəncləri daha çox oxumağa, mütaliəyə, daxili dünyalarını zənginləşdirməyə çağıran millət vəkili Qənirə Paşayeva deyib ki, ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir.
Millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq, hər bir insan öz ölkəsinin və millətinin tarixini, dilini, mədəniyyətini dərindən öyrənməlidir.
Qeyd edək ki, Tovuz Gənclər Evinə Q.Paşayeva tərəfindən hədiyyə edilən 300 maska da Gənclər Evinin könüllüləri tərəfindən insanlara paylanıb.