Xəbər lenti

Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə SOCAR şirkəti tərəfindən ön cəbhə rayonu olan Tovuz rayonunda 150-dən artıq Qarabağ müharibəsi əlili və veteranına Ramazan bayramı münasibətilə bayram sovqatı təqdim edilib.

 

 

Bizimaz.az xəbər verir ki, bu ailələrə bayram sovqatı ilə yanaşı millət vəkili Qənirə Paşayeva tərəfindən koronavirusla mübarizə istiqamətində gigiyenik- qoruyucu vasitələr də hədiyyə edilib və COVİD-19 virusu ilə mübarizədə hər bir vətəndaşın üzərinə düşən vəzifələrə dair maarifləndirici məlumatlar da verilib.

 

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına qarşı diqqət və qayğısı hər birimizə böyük örnəkdir deyən Qənirə Paşayeva Ramazan bayramında Qarabağ müharibəsi əlillərini, qazilərimizi təbrik etməyi özünə borc bildiyini qeyd edib, onlara Allahdan bütün arzularına çatmalarını diləyib.

 

Dövlət başçısının şəhid ailələrinin, Qarabağ müharibəsi əlil və qazilərin mənzil-məişət şəraitinin, sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişlərin, həyata keçirilən önəmli işlərin dövlətimizin və dövlət başçımızın diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayan millət vəkili hər zaman şəhid ailələrimizin, Qarabağ müharibəsi veteran və əlillərimizin yanında olduqlarını deyib.

 

Qənirə Paşayeva eyni zamanda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının Sədri Etibar Vəliyevlə və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tovuz rayon filialının sədri Əli Əliyevlə görüşüb, Ramazan bayramlarını təbrik edib. İctimai Birliklərin qayğıları ilə maraqlanan millət vəkili işlərində daha da böyük uğurlar diləyib.

 

Q.Paşayeva Tovuza səfəri zamanı həmçinin rayon məscidini də ziyarət edib, Qafqaz Müsəlmanları İdarəsinin Tovuz rayonu üzrə səlahiyyətli nümayəndəsi, Tovuz rayonu Dini İcmasının sədri Nəriman İbayev ilə görüşüb və Ramazan bayramı münasibətilə təbrik edib. Gənclərimizin dinimizi doğru şəkildə öyrənməsi, din pərdəsi arxasında öz niyyətlərini həyata keçirmək istəyən xarici güclərin təsir dairəsinə düşməməsinin, dini maarifləndirmənin gənclərimiz arasında vacibliyi ətrafında fikir mübadiləsi aparılıb.

 

Qənirə Paşayeva rayon məscidinə bir çox kitablar, materiallar hədiyyə edib və bəzi aztəminatlı ailələrə Ramazan bayramı münasibətilə sovqat təqdim edilib.

Modern.az

01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov