Xəbər lenti

İyunun əvvəlində ölkədə turizm sektorunun bərpa olunacağı ehtimalına görə otellər açılış hazırlığına start veriblər.

 

Bizimaz.az xəbər verir ki, pandemiyadan sonrakı açılışla əlaqədar otellər yeni qaydalar da tətbiq edib. Əksər otellərdə turistlərin gigiyenasını təmin etmək üçün dezinfeksiyaedici tunellər yaradılıb. Dezinfeksiyaedici tuneldə dumanlama üsulu ilə püskürdülən dezinfeksiya maddəsi dezinfeks dumana çevrilir və toxunduğu yerlərdə insanı islatmadan mikro-orqanizmləri məhv edir.

Dezinfeksiya tunelinin içərisində olan nozllar vasitəsilə avtomatik olaraq tətbiq olunan dezinfektor istifadəçilərin üzərindəki geyimlərin, əl və üz daxil olmaqla, bütün bədən səthinin dezinfeksiya olmasını tam təmin edir.

Açılışla əlaqədar otellər yeni qiymətlər də müəyyən ediblər. Belə ki, "Quba Palas Otel"də 2 nəfərlik otaq 120 manatadır. Həftə sonu üçün isə qiymət 160 manatdır.

Şabrandakı "Qalaaltı Otel Spa"da 2 nəfərlik standart otağın 1 günü həftə içi 135 manat, həftə sonu isə 185 manatdır.

Şəkidəki “Marxal Otel”də isə 2 nəfərlik standart otaq üçün qiymət 140 manat nəzərdə tutulub.

“Xəzər Palas Otel Lənkəran”da (Khazar Palace Hotel Lankaran) isə 2 nəfər üçün 2 gecə, 3 gün 160 manatdır.

Otellərin tətbiq etdiyi qiymətə standart otaqda gecələmə, səhər yeməyi, fitnes mərkəzi və saunadan, hovuzdan, otaqda isə kofe, çay və sudan istifadə daxildir.

istinad

01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov