Azərbaycan kökənli iki milyarder - professor İlham Rəhimov və Qod Nisanov Azərbaycan Prezidentinin çağırışına qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon həcmində maddi vəsait köçürdüklərini, əlavə olaraq ölkəyə 10 ədəd təcili tibbi yardım avtomobili hədiyyə etdiklərini bildirmişdilər.
Bizimaz.az xəbər verir ki, professor İlham Rəhimov o zaman "Yeni Müsavat" qəzetinin əməkdaşına həmin təcili yardım avtomobillərindən birinin sərhəd bölgəsi olan Tovuza bağışlanacağını demişdi.
Professor sözünün üstündə durub və ölkə səhiyyəsi üçün nəzərdə tutulan hədiyyə ambulanslardan biri - tam təchizatlı, “Folksvagen” markalı təcili tibbi yardım maşını Tovuza gətirilib və rayon səhiyyəsinə hədiyyə edilib.
istinad