Hazırda dünyada virusun nə vaxt bitəcəyi məlum deyil.
Bizimaz.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, bu səbəbdən də həyatımızı yenidən planlamalıyıq. O, bayram günlərində vətəndaşları karantin qaydalarına riayət etməyə çağırıb:
"Əvvəlki bayramlarda olduğu kimi qohum ziyarəti olmamalıdır".