"Magistraturaya ixtisas seçiminin iyunun sonunda olacağı gözlənilir".
Bizimaz.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin söbə müdiri Nərminə Bayramova Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" qərarı ilə bağlı sualları cavablandırarkən deyib.
Onun sözlərinə görə, magistraturaya qəbul imtahanı bitib və tələbələr öz nəticələrini bilirlər: “Yalnız ixtisas seçimi qalıb. O da iyunun sonunda olacaq”.
istinad