Xəbər lenti



Bu gün insanları narahat edən əsas məsələlərdən biri də onların Votsap, Messencer kimi platformalarında olan məlumatların kimlərsə tərəfindən ələ keçirilməsidir. Belə hallarla rastlaşmamaq üçün nə edilməlidir və hansı proqramdan istifadə təhlükəsiz ola bilər?

 

Məsələ ilə bağlı danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, mesajlaşma proqramlarında məlumatlar data mərkəzə toplanırsa, onlar təhlükəsiz hesab edilmir:

“Mesajlaşma proqramlarında tərəflər arasında söhbətlər şifrəliənubsə, bu onun təhlükəsiz olmasını göstərir. Məsələn, bu cür proqramlar arasında Votsap daha təhlükəsizdir. Çünki kiminləsə mesajlaşan zaman söhbətin əvvəlində sarı lentdə danışıqların şifrələnməsi barədə istifadəçiyə məlumat verilir. Bu şifrələnmə yazışan iki nəfər arasında olur. Yəni informasiyalar heç bir yerdə toplanmır. Bu gün Votsapın bu cür yanaşması onun təhlükəsizliyini xeyli möhkəmləndirmiş olur. Votsap 3-cü tərəfə bu mesajları istəsə də verə bilmir. Elə informasiya sistemləri də var ki, bizim göndərdiyimiz məlumatlar bir data mərkəzdə toplanır və sonra göndərilir. Məsələn, Feysbukun messenceri və s. Əgər məlumatlar haradasa toplanıb, sonra göndərilirsə, həmin mərkəzdə problemlər ola bilər. Mesajlaşmanın göndərildiyi data mərkəz varsa, bu, artıq orada risk olduğu deməkdir və mesajlar ələ keçə bilər. Votsapda bununla bağlı hansısa bir məsuliyyət yoxdur. Votsapla yanaşı, Teleqram və Siqnal da təhlükəsiz hesab olunur”.

O.Gündüz onu da qeyd edib ki, cihaza müdaxilə edilməklə şifrələnmiş söhbətlərlə yanaşı istənilən məlumatlar əldə edilə bilər:

“Votsap və digər təhlükəsiz proqramlarda yazışmalarının ələ keçirilməsi o deməkdir ki, həmin şəxsin telefonuna kiminsə girişi olub. Bu yolla telefondakı şəkilləri, mesajları oxumaq mümkün olur. Bunu uzaqdan da proqramla etmək olur. Bunun üçün qarşı tərəf ona göndərilən hansısa “geydirmə” proqramı qəbul etməlidir. Telefon sahibinin xəbəri olmadan həmin proqram lazımi məlumatları kopyalayıb ötürə bilir. Burada Votsap və digər təhlükəsiz proqramların heç bir günahı olmur. Votsapın kompüter variantı da var və kompüterə elə proqram yazıla bilər ki, klaviaturada yığılan bütün məlumatlar ötürülər. Buna görə cihazın özü də qorunmalıdır. Bəzən də elə proqramlar olur ki, onlar zəif olur və onların özünə müdaxilə edilərək, telefondakı məlumatları oxuya bilirlər. Bəzi tətbiqlər vasitəsi ilə bunun qarşısı alına bilər. Yəni cihaza virus göndərilən zaman o, sahibinə bu haqda siqnal verir”.

istinad

Osman Gündüz onu da qeyd edib ki, cihazda virusun olub-olmamasını proqramların siyahısına baxmaqla da bilmək olar:

"Siyahıda istifadəçinin işlətmədiyi proqram aktiv görünürsə, bu artıq şübhə doğrur. Bu səbəbdən istifadəçi elementar təhlükəsizlik qaydalarına riayət etməlidir. Antivirus, anticasus proqramları vasitəsi ilə virusa yoluxan cihazları təmizləmək olar. Bununla yanaşı əməliyyat sistemini yenidən yazmaqla problemi həll etmək olar. Vətəndaş problemlə üzləşirsə, ona kömək edən Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti var. Bu Xidmət qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyinə cavabdeh qurumdur. Qurumun saytında da bu məsələ ilə bağlı məlumatlar yerləşdirilib".

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov