Xəbər lenti

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) “Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarının tətbiqi ilə əlaqədar izahat yayımlayıb.

 

Nazirlikdən Axar.az-a verilən məlumata görə, izahatda deyilir:

“Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarı ilə Ramazan bayramı və xüsusi karantin rejimi ilə əlaqədar olaraq iş və istirahət günlərinin ardıcıllığının təmin edilməsi məqsədilə həm beşgünlük, həm də altıgünlük iş həftəsində çalışanlar üçün 2020-ci ilin 23-30 may dövrü üçün bayram, istirahət və əmək haqqı saxlanılmaqla qeyri-iş günləri müəyyən edilib.

Bununla əlaqədar olaraq əmək haqqı ödənişlərinin düzgün aparılması üçün iş vaxtı tabellərində həmin günlər aşağıdakı kimi qeyd edilməlidir:

Tarixlər Beşgünlük iş həftəsi Altıgünlük iş həftəsi

23 may İstirahət günü Ödənişli qeyri-iş günü

(xüsusi iş(əmək) rejimi ilə bağlı)

24 may Bayram günü Bayram günü

25 may Bayram günü Bayram günü

26 may İstirahət günü İstirahət günü

27 may İstirahət günü İstirahət günü

28 may Bayram günü Bayram günü

29 may Ödənişli qeyri-iş günü Ödənişli qeyri-iş günü

(xüsusi iş(əmək) rejimi ilə bağlı)

30 may İstirahət günü Ödənişli qeyri-iş günü

(xüsusi iş(əmək) rejimi ilə bağlı)

Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarının 2.2-ci bəndinə əsasən 2020-ci ilin istehsalat təqvimi dəyişmədiyi üçün 2020-ci ilin may ayı üzrə aylıq iş vaxtı norması, eləcə də 2020-ci il üzrə orta aylıq iş vaxtı norması, həmçinin bundan irəli gələrək saatlıq (gündəlik) tarif (vəzifə) maaşları əmək haqlarının hesablanmasında dəyişdirilmir. Qərarla 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirildiyi və 27 may tarixi qısaldılmış iş günü olduğu üçün Qərarın 2.2-ci bəndi nəzərə alınmaqla 2020-ci ilin 31 may tarixi qısaldılmış iş günü olacaq.

Fasiləsiz xidmət sahələrində istehsalat zərurəti ilə əlaqədar olaraq beşgünlük və altıgünlük iş həftəsində çalışan işçilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarı ilə müəyyən edilmiş qeyri-iş günlərində (29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri) işə cəlb edildikdə xüsusi əmək (iş) rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq, həm dövlət büdcədən maliyyələşdirilən, həm də özəl sektorda işləyənlərə həmin günlər üçün əlavə əmək haqqının və ya istirahət gününün verilməsi nəzərdə tutulmur. Özəl sektorda həmin günlərə görə əlavə əmək haqqının və ya istirahət gününün verilməsi məsələsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsi rəhbər tutularaq işəgötürənin mülahizəsi əsasında əmək normalarının yaxşılaşdırılması halı olaraq baxıla bilər.

Növbəli iş rejimində çalışan işçilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarı ilə müəyyən edilmiş qeyri-iş günlərində (29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri) işlədikdə həm dövlət büdcəsindən maliyyələşdirilən, həm də özəl sektorda işləyənlərə həmin günlər üçün əlavə əmək haqqının və ya istirahət gününün verilməsi nəzərdə tutulmur. Özəl sektorda həmin günlərə görə əlavə əmək haqqının və ya istirahət gününün verilməsi məsələsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsi rəhbər tutularaq işəgötürənin mülahizəsi əsasında əmək normalarının yaxşılaşdırılması halı olaraq baxıla bilər.

Xüsusi iş (əmək) rejimi ilə əlaqədar müəyyən edilmiş qeyri iş günləri ilə əlaqədar nəzərə alınmalıdır ki, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz. İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov