9-cu siniflər üçün buraxılış imtahanının birinci mərhələsində iştirak edib qiymətindən narazı qalanlar üçün sentyabr ayında imtahan keçiriləcək.
Bizimaz.az xəbər verir ki, bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən açıqlama verilib.
Qeyd edilib ki, yeni şkalaya uyğun qiymətindən narazı qalan şagirdlər üçün sentyabrda imtahanın keçirilməsi nəzərdə tutulur.