Xəbər lenti



Tanınmış vəkil Ceyhun Yusifov Dövlət Gömrük Komitəsi rəhbərliyinin eyni bölgədən olması barədə sosial şəbəkələrdə yayılan və "Demokrat.az"-ın da dərc etdiyi məlumatlara münasibət bildirib. 

 


Ceyhun Yusifov qeyd edib ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin fəaliyyəti bütün qurumlar üçün nümunə olmalıdır:


"Vasif ("Demokrat.azsaytının rəhbəri Vasif Həsənlini nəzərdə tutur - müəllif) siz mənim tanıdıgım ən peşəkar yazarlardan birisiz. Eyni zamanda saytınızda ciddi xəbər mərkəzidi. Amma səmimiliyimə inanın ki, deyilənlər tam əsasızdır. Dövlət Gömrük Komitəsi bəlkədə yeganə orqandır ki, rüşvətin, korrupsiyanın kökü tam kəsilib. Səfər Mehdiyevin  fəaliyyəti inan ki, bütün qurumlar üçün nümunə olmalıdır. Kifayət qədər məni tanıyırsan və bilirsən ki, heç zaman nədənsə çəkinmədən haqqı demişəm, bu gündə haqqı deməyi özümə borc bildim. 


Qaldı kadırların regional bağlılığına, o yanaşmada hesab edirəm ki, obyektiv deyil. Gömrük Komitəsində kifayət qədər müxtəlif regiondan olan rəhbər şəxslər mövcuddur. Amma hazırki nümunəvi kadırların regional kimliyini araşdırıb, nə vaxtsa korrupsiyanın tuğyan etdiyi və düzələcəyinədə heç kəsin inanmadığı bir orqanı tam şəffaf quruma çevirən bu şəxslərin fəaliyyətini kölgə altına almaq əz azı insafsızlıqdır. Onu da sonda xatırlamağı özümə borc bilirəm ki, bir müddət əvvəl şəxsən Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin KİV-nümayəndələrinə "bu qurumda kimliyindən asılı olmayaraq kiminsə bir manat belə rüşvət alsa, bunun məssulyətini daşımağa tam hazıram" deyə açıq bəyanat vermişdi. İndi siz deyin, hansı Nazir və ya Mərkəzi icra hakimiyyətinin rəhbəri bunu KİV-qarşısında təkrar edə bilər? İndi siz araşdırın, bəlkə rastlaşdınız. 


Şəxsinizə və peşəkarlığınıza hər zaman sayğı göstərən dostunuz vəkil Ceyhun Yusifov...".

 


Qeyd edək ki, bir neçə gün əvvəl "Meydan TV"-nin rəhbəri Həbib Müntəzir (Abdullayev) Azərbaycan Dövlət Gömrük Komitəsi rəhbərliyinin eyni regiondan olmasını göstərən siyahı yaymışdı. Həmin siyahıda Dövlət Gömrük Komitəsi rəhbərliyində çalışan şəxslərin Naxçıvan Muxtar Respublikasında doğulduğu qeyd olunur. 


Sözügedən siyahı sosial şəbəkələrdən yayılandan sonra "Demokrat.az" olaraq Dövlət Gömrük Komitəsinin mətbuat xidməti ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz müsbət nəticə verməmişdi. 

01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov