“Elə küçə var ki, oradan 5-10 nəfər, elə küçə var ki, 1000 nəfər keçir. Ona görə də bütün küçələri dezinfeksiya etmək olmaz”.
Bizimaz.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
O qeyd edib ki, dezinfeksiya işləri də çox aparıla bilməz:
“Elə olanda ziyanı xeyrindən daha çox olur. Həm bitkilərə, həm də elə maskasız gəzən insanlara təsir edə bilir. Ona görə də hamı çalışmalıdır ki, maskadan istifadə etsin.
Son tədbirimizdə Bakıda 400-ə qədər küçə və prospekt dezinfeksiya edilib və tədbirlər davam etdiriləcək”.