“Şadlıq evləri hələlik açıq deyil. Yaxın müddət üçün bu obyektlərin açılacağı gözlənilmir”.
Bizimaz.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, iyun-iyul ayında toy olub-olmaması barədə indidən söz demək çətindir:
“Bugünkü statistikaya əsasən, deyirik ki, şadlıq evlərinin açılması gündəmdə deyil.
Amma sabah vəziyyət necə dəyişəcəksə, ona uyğun olaraq mütəxəssislərlə qərar veriləcək”.