Bütün strukturlar yumşalma rejiminə hazır olmalıdır.
Bizimaz.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov bildirib.
E.Əzizov qeyd edib ki, bu gün Bakıda ərzaq bazası yaradılıb:
"Bunun da nəticəsində biz digər ölkələrdə olduğu kimi ərzaq qıtlığı hiss etmirik. Qonşu Ermənistanla müqayisədə 10 milyonluq Azərbaycanda yoluxma cəmi 3 minə yaxınlaşır, onlarda isə artıq 4 mini keçib".
Onun sözlərinə görə, Bakının balansınsa olan binalar, ətraf ərazilər, istirahər zonaları düzinfeksiya edilir:
"Sıxlıq olan küçə və prospektlər xüsusi maddələrlə yuyulur".
E.Əzizov qeyd edib ki, dezinfeksiya işlərində 2 minə yaxın insan çalışır.