Bu gün bəzi saytlarda Gəncə Şəhər Təhsil İdarəsinin "haqq toplama" iddiası ilə xəbər yayılıb.
Bizimaz.az bildirir ki, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov Moderator.az -a açıqlamasında yayılan xəbərlərin ağ yalan olduğunu bildirib:
"Koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Gəncə şəhərində də bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mart ayının 3-dən dayandırılıb. Pedaqoji işçilər də daxil olmaqla bütün işçilər bu günə qədər tətildədir. Karantin dövründə müəllimlərin "Virtual məktəb" layihəsinə qoşulmağı könüllülük əsasında olub. Layihəyə qoşulmayan müəllimlər incidilməyəb, heç bir "haqq" tələb olunmayıb. Gəncə Şəhər Təhsil İdarəsinin "haqq toplama" iddiası ilə yayılan xəbərlər ağ yalandır. Belə bir şeydən söhbət gedə bilməz."
Qeyd edək ki, Təhsil nazirliyi də Gəncə Şəhər Təhsil İdarəsi orta məktəblərdə müəllimlərdən pul yığılmağa başlanması ilə bağlı nazirliyə heç bir müraciətin olunmadığını bildirib.