Azərbaycan Respublikasında 121 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 2879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1833 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 214.291 test aparılıb.
Trend