Azərbaycanın Polşadakı səfirliyi bu ölkədən vətənə təxliyyə olunmaq niyyətində olan həmvətənlərimizə müraciət edib.
Bizimaz.az-ın məlumatına görə, müraciətdə deyilir:
“Hörmətli həmvətənlər!
Xatırladırıq ki, AZAL tərəfindən təşkil edilməsi nəzərdə tutulan mümkün xüsusi reys vasitəsilə ödənişli əsasda təxliyyə edilmək niyyətində olan Polşada yaşayan Azərbaycan vətəndaşları üçün aşağıdakı sənədlərin və məlumatların 14.05.2020-ci il gündüz 12:00-a qədər səfirliyin warsaw@mission.mfa.gov.az elektron ünvanına göndərilməsi tələb olunur.
1) Pasportun surəti;
2) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surəti;
3) Polşada yaşamağı təsdiq edən sənədin surəti;
4) Telefon nömrəsi;
5) Statusunuz, Polşaya səfərin məqsədi (tələbə, işçi, turist, müalicə və s);
6) Azərbaycana qayıtmaq üçün bilet olduğu təqdirdə surəti;
7) Polşaya gəlmə tarixi;
8) Yerləşdiyiniz şəhər”.
istinad