Xəbər lenti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyasına qarşı uğurlu mübarizə davam edir. Bu işlər dünya ictimaiyyəti tərəfindən də çox yüksək qiymətləndirilir.

 

Bizimaz.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, Azərbaycanla ÜST arasında çox sıx təmaslar mövcuddur:

"Azərbaycan COVİD-19-a qarşı təşəbbüskar dövlət kimi çıxış edir. May ayı ərzində 2 beynəlxalq tədbir keçirilib. 10 may tarixində qlobal məsuliyyət fonunda prezidentin iştirakı ilə Qoşulmama hərəkatı keçirildi və 140-dan artıq dövlət burada iştirak etdi.

Azərbaycan Respublikası tərəfindən ölkəmizdə görülən tədbirlərin tərkib hissəsi kimi xaricdən ölkəmizə səyahətlər dayandırıldı. Lakin vətəndaşlarımızın ölkəyə gətirilməsi davam edir" .

H.Hacıyev qeyd edib ki, "Evə gedirəm" portalı vasitəsilə 5 may tarixində Rusiyadan Azərbaycana xeyli vətəndaşımız gətirilib:

"95 vətəndaş da bu tarixdə İrandan Azərbaycana gətirilib. 8 mayda 250 nəfər, 11 mayda 52 nəfər, 12 mayda isə Bakı-Moskva reysi ilə tələbələr Azərbaycana gətirilib. 14 mayda Kiyev-Bakı reysi ilə 198 nəfərin Azərbaycana gətirilməsi nəzərdə tutulur".

H.Hacıyev bildirib ki, öncəki tarixlərdə 500-dən artıq vətəndaş quru yolu ilə ölkəyə gətirilib:

"Azərbaycanın bu təcrübəsi beynəlxalq strukturlar tərəfindən yüksək qiymətləndirilib. Xaricdən gələn vətəndaşların sağlamlığını təmin etmək üçün xüsusi karantin zonaları təyin edilib. Onlar testdən keçirilib və 14 gün karantin şəraitində saxlanılır".

01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov