Xəbər lenti




“Ünvanlı dövlət sosial yardımına görə müraciət zamanı kommunal xərclərin payı ilə bağlı müəyyənləşdirilən limitlərin artırılması məqsədəuyğun olardı. Bu daha çox sayda aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımına müraciət etmək imkanı yarada bilər.
 
Hazırda adambaşına düşən kommunal xərc yaşayış minimumunun 10 faizindən çox olduğu halda ailə ünvanlı sosial yardıma görə müraciət edə bilmir. Yəni, ünvanlı sosial yardıma müraciət etmək üçün ailədə adambaşına düşən kommunal xərcin məbləği aylıq 19 manatdan çox olmamalıdır”.
 
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov belə təkliflə çıxış edib.
 
O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kommunal xərclərin payının artırılması ilə bağlı danışıqlar aparılır.
 
“Dəyişikliklər qəbul olunduqdan sonra bu limit adambaşı 19 manatdan 27 manata çatdırılacaq. Bu o deməkdir ki, dörd nəfərlik ailədə kommunal xərc limiti 76 manatdan 108 manata çatdırılacaq.
 
Müvafiq olaraq, daha çox aztəminatlı ailə üçün ünvanlı sosial yardımın müəyyənləşdirilməsinə imkan yaradacaq”, - deyə V.Bayramov məlumat verib.
 
Ünvanlı sosial yardımın müəyyənləşdirildiyi müddət bir ildir. Deputat isə bu müddətin iki ilə qədər uzadılmasını təklif edib:
 
“Yəni, aztəminatlı ailəyə bir illik sosial yardım müəyyənləşir. Həmin il ərzində ailənin gəlirləri dəyişmədiyi halda zaman uzadılsın və ailə üçün avtomatik ikinci il üçün də sosial yardım təyin olunsun”.
 
Qeyd edək ki, “Ünvanlı dövlət sosial yardımı” haqqında qanuna dəyişiklik təklif edilir. Həmin dəyişikliklər, ümumilikdə, ünvanlı sosial yardım proqramının təkmilləşməsinə xidmət edəcək.
 
Təkliflər aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramına çıxış imkanlarının genişləndirilməsinə hesablanıb.
 
Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 12-də keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılaraq plenar iclasa tövsiyə olunub.
 
01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov