Bakıda iki bankın filialları qarşısında böyük növbə yaranıb.
Bizimaz.az bildirir ki, Bu barədə BAKU.WS-in "Qaynar Xətti"nə məlumat daxil olub.
İzdihamlı növbələr Bakıxanov qəsəbəsində qeydə alınıb. İnsanlar təqaüdlərini almaq, kommunal xərcləri ödəmək üçün "Bank of Baku" və “Azərbaycan Beynəlxalq Bankı”nın qarşısında növbələr yaradıblar. Belə olan halda sosial məsafə nəzərə alınmayıb, koronovirus təhlükəsi arxa planda qalıb.
Qeyd edək ki, ölkədə koronavirus infeksiya ilə əlaqədar tətbiq olunan karantin rejimi zamanı növbə problemi özünü qabarıq şəkildə göstərir. Ayın sonlarında, yaxud əvvəlində maaşlar, təqaüdlər verilərkən bank filialları və bankomatların qarşısında bu tip xaotik vəziyyət müşahidə olunur.