Xəbər lenti

 

 

38 günlük fasilədən sonra Bakı metrosu yenidən sərnişinlərə xidmət göstərməyə başladı.

 

Bizimaz.az  oxu az-a istinadən xəbər verir ki, "Bakı Metropoliteni" koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində martın 31-dən etibarən fəaliyyətini dayandırmışdı. Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərara uyğun olaraq, bu gün səhər saat 06:00-dan etibarən metro öz fəaliyyətini bərpa edib.

Metroda sərnişinlərin sayı hələlik kifayət qədər azdır. Bütün metro stansiyalarının çıxışında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vətəndaşların karantin rejiminin qaydalarına riayət etmələrinə ciddi nəzarət olunur. Sərnişinlərin metroya maskasız daxil olması qəti qadağandır. Stansiyalarda maska taxmayan şəxslər cərimə olunacaqlar. Buna metropolitendə fəaliyyət göstərən polis əməkdaşları tərəfindən ciddi nəzarət edilir.

Stansiya girişində bütün sərnişinlərin hərarəti yoxlanılır və qızdırması olan vətəndaşların stansiyaya girişinə icazə verilmir. Vaqonlarda oturacaqların üzərinə xüsusi nişanlar vurulub. Sərnişinlərin sosial məsafəni qorumaları üçün bir oturacaqdan bir əyləşmələri xahiş olunur. Platformada da sərnişinlər üçün maarifləndirici xarakterli nişanlar vurulub.

Sərnişinlər metronun fəaliyyətinin bərpa edilməsindən razı olduqlarını deyiblər. Yerüstü ictimai nəqliyyatda sərnişin daşınmalarına nə qədər diqqət ayrılsa da, metro üçün, necə deyərlər, burnunun ucu göynəyən vətəndaşların sayı daha çoxdur.

Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına görə, metro stansiyalarına yalnız yaşayış yerini SMS icazəsi, "icaze.e-gov.az” portalında qeydiyyat, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilir.

Əməkdaşımız karantindən sonra metronun fəaliyyətə başladığı ilk günü fotokamerasının yaddaşına köçürüb.

Həmin fotoları təqdim edirik:

 

 

01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov