Sərnişin sıxlığı ilə bağlı vətəndaşlara müraciət etmişik. Düşünürük ki, sabah qeyri iş günü olduğu üçün, sərnişin sıxlığı olmayacaq.
Bizimaz.az xəbər verir ki, bu fikirləri Bakı metropoliteni QSC sədr müavini Hidayət Məmmədov Operativ Qərargahın brifinqində deyib. O əlavə edib ki, sıxlığı nəzərə alaraq, qatarların qrafikində ciddi dəyişiklik ediləcək.
Zaur Hüseynov əlavə edib ki, sosial məsafə saxlanılmadığı təqdirdə, infeksiyaya yoluxanların sayı artacaq.