İstanbulun Taksim meydanı və İstiqlal prospektində yeni tip koronavirusla bağlı növbəti məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək.
Bu barədə Türkiyə mətbuatı yazıb.
Yeni qərara əsasən, Taksim meydanı və İstiqlal prospektində maska taxmaq və üç metrlik sosial məsafə qaydasını gözləmək məcburidir.