Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu 12 may – 5 iyun tarixlərində aparılacaq. Qəbul onlayn qaydada olacaq.
Bizimaz.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, qəbul imtahanlarının iyulun 3-cü yarısında keçirilməsi nəzərdə tutulur:
“Müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq. Yəni əvvəlki qaydalar saxlanacaq.
I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər. Yalnız qabiliyyət imtahanındakı nailiyyət qazanılması şərtilə.
Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur. Magistraturaya onlayn ixtisas seçimi qəbul planı təsdiq olunduqdan sonra aparılacaq”.