2019-2020 tədris ilinin ikinci yarımilinin qiymətləndirilməsi nəzərdə tutulmur.
Bizimaz.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün baş tutan brifinqində deyib.
Nazir bildirib ki, şagirdlərin növbəti sinifə keçirilməsində birinci yarımilin nəticələri əsas götürüləcək və bunun əsasında yekun qiymətlər çıxarılacaq. Qiymətlərindən narazı olan şagirdlər müraciət edərək öz nəticələrini düzəldə bilərlər.
Nazir qeyd edib ki, artıq virtual tədrisə qoşulan şagird və müəllimlərin sayı 900 minə çatıb.