Dərslərin 1 iyun tarixindən etibarən başlanması planlaşdırılmır.
Bizimaz.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün baş tutan brifinqində deyib.
Nazir bildirib ki, imtahanların keçirilməsi yeni qaydalar əsasında baş tutacaq:
"Bu normalar beynəlxaq təcrübədə öz əksini tapan yanaşmalardır. Bundan sonrakı tədbirlər əvvəlkilərdən daha fərqli olacaq. Artıq Baş nazirə dəyişikliklərin hüquqi normativləri əsasında hazırlanmış tədbirlər planı təqdim edilib".
Nazir qeyd edib ki, virus kəskin şəkildə artarsa, bu qaydalara yenidən baxılacaq.