Xəbər lenti

 

Xətai rayonu, İnqilab İsmayılov küçəsi 56, 58, saylı ünvanında abadlıq işləri yekunlaşıb, 3, 5, 7 saylı ünvanlarda isə yekun tamamlama işləri aparılır.

 

Bizimaz.az   xəbər verir ki, bu barədə Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi  istiqamətində Xətai Rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq-quruculuq işləri  aparılır. Abadlıq işləri yekunlaşan növbəti küçə İnqilab İsmayılovdur.

Görülən işlər çərçivəsində qanunsuz çəpərlənmələr və yöndəmsiz tikililər sökülüb, sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə ərazidə təmizlik və abadlıq işləri aparılıb.Yaşayış binalarının yaxınlığında müasir standartlara cavab verən park və bağlar salınıb, küçə boyu yeni  yaşıllıq zolaqları salınıb, hərəkət hissələrinə qəmbər daşlar döşənib, uşaq oyun-əyləncə meydançaları, oturacaq və söhbətgahlar, su fəvvarəsi,  idman meydançası və idman qurğuları quraşdırılıb.

Həmçinin, yaşayış binalarının fasadları rənglənib. Abadlaşdırılan bütün ərazilər ən müasir işıqlandırma sistemləri ilə təchiz olunub. Küçə boyu  velosiped zolağı salınıb, avtomobil yolunun kənarlarına bordürlər düzülüb, piyada səkiləri çəkilib. 

Məlumat üçün qeyd edək ki, hazırda rayon ərazisində 13 ünvanda yaşayış binalarının həyətlərinin abadlaşdırılması işləri davam etdirilir. Burada çalışanların əksəriyyəti işsizlik problemi ilə üzləşən və DOST iş mərkəzi tərəfindən işlə təmin olunaraq rayon ərazisində gedən abadlıq-quruculuq işlərinə cəlb olunan rayon sakinləridir. Sonradan həmin şəxslər salınan  parklara və yaşıllıqlara nəzarət və qulluq üçün burada işlərini davam etdirib.

 

01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov