Bakıda koronavirusa ən çox yoluxma halları Yasamal və Sabunçu rayonlarında olub.
Bizimaz.az xəbər verir ki, bunu Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
O qeyd edib ki, Yasamalda bir neçə infeksiya ocağı müəyyən edilmişdi:
“Bir nəfər çoxlu sayda insanı virusa yoluxdurmuşdu. Artıq həmin vətəndaşlar izolyasiya edilib və onların çoxu sağalıb”.
Zaur Əliyev həmçinin bölgələrdə də virusun yayılma tempindən danışıb:
"Azərbaycanda yoluxma halları arasında faiz göstəriciləri Gəncə-Qazax üzrə 14.1, Lənkəran üzrə 10 faiz təşkil edir. Şimal bölgəsində Rusiyadan keçən bir neçə nəfərdə testlərin nəticəsi pozitiv aşkarlanıb. Eyni zamanda cənub bölgəsində də İranla gediş-gəliş olduğu üçün orada yoluxma halları çox olub”.