"Bizdə yoluxmalar daha çox ailə üzvləri arasında olur. Bir vətəndaş yoluxduğu zamanı onu ailə üzvlərinə də yoluxdurur".
Bizimaz.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
O həmçinin tibb işçiləri arasında yolxumalardan da danışıb: "Gəncədə belə hal müşahidə edilmişdir. Bir neçə ocaq müəyyənləşdirilib. Bir vətəndaş 5-6 nəfəri birdən yoluxdurub. Tibb işçiləri də eyni şəkildə yoluxublar. Ora bizim əməkdaşlar ezam olunub".