“27 aprel-3 may tarixlərində artım tempi yüksək olub”.

 

Bizimaz.az xəbər verir ki, bunu Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

O qeyd edib ki, aprelin ortalarında yoluxma sayı artım tempində olmuş, ayın sonlarına doğru isə temp azalmışdı. Son günlərdə isə yoluxma sayında yenidən artım tempi müşahidə edilir:

“Bunun səbəbi karantin rejiminin yumşaldılması ilə əlaqədardır. İnsanlar son günlərdə artıq maskadan istifadə etmirlər, sosial məsafəni qorumurlar. 10 günə öncəyə qədər hər 10 nəfərdən 4-5 nəfər maska istifadə edirdisə, indi isə 1-2 nəfərdə maska görünür. Bütün bu səbəblər yoluxma sayının artmasına gətirib çıxarır”.