“Ötən iki həftə ərzində Azərbaycanda koronavirusa yoluxma azalıb. Amma aprelin 27-dən sonra yenidən yoluxma sayında artım müşahidə olunub”.
Bizimaz.az-n məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O qeyd edib ki, ölkədə xüsusi karantin rejimi yenidən yumşaldılır:
“Yoluxma halları çox olan Bakı, Sumqayıt, Gəncə, Abşeron və Lənkəranda karantin rejiminin yumşaldılması istisna olunur”.