Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilmişdir.
Mayın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
“Xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləmiş aztəminatlı vətəndaşlar birdəfəlik ödəmə (190 manat) üçün müraciət edib, imtina qərarı alıblarsa, bu şəxslərlə məşğulluq haqqında qanuna uyğun olaraq, fərdi qaydada işləyəcəyik”.
40 minə yaxın tələbə son tədris ilindədir. Onların artıq istehsalat təcrübəsi vaxtı başlayıb. Lakin onların onlayn tədrisə qoşulması məqsədəuyğun olmadı.