Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirilərinin oktyabrın 16-da Tbilisidə keçirilməsi planlaşdırılan səkkizinci üçtərəfli görüşü təxirə salınıb.
Bizimaz.az report-a istinadən xəbər verir ki, müvafiq qərar Türkiyənin müraciəti əsasında qəbul edilib.
Görüşün keçiriləcəyi yeni tarix hələlik məlum deyil.
Qeyd edək ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son yeddinci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbul şəhərində keçirilib.
Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub.