Azərbaycan Prezidenti İlham Əliyevin dəvətilə oktyabrın 14-15-i keçiriləcək Türk Şurasının VII sammitində iştirak etmək üçün Bakıya yola düşürəm. Səfərimdə məni geniştərkibli nümayəndə heyəti müşayiət edəcək.
Bizimaz.az: Oxu.Az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri öncəsi keçirdiyi mətbuat konfransında deyib:
“Bakıda ilk olaraq, İlham Əliyevlə görüşəcəm. Daha sonra xaricdə yaşayan türk iş adamları ilə bir araya gələcəyik”.
Ərdoğan Türk Şurasının VII sammitinin əhəmiyyətindən danışıb.
O bildirib ki, sammitdən sonra şuraya üzv ölkələrin dövlət və hökumət başçıları ilə təkbətək görüşlər keçirəcək.