Bugünlərdə Rusiya-1” kanalında efirə gedən “Vladimir Solovyov ilə bir axşam” proqramında aparıcı Azərbaycanın tarixi torpaqları olan Qarabağ haqqında təxribat xatakterli fikirlər səsləndirib.
Ukraynalı siyasətçi Vladimir Kovtun “Qarabağ Azərbaycanın torpağıdır” fikrinə sərt təpgi verən V.Solovyov, Qarabağın mövcud statusuna haqq qazandıran fikirlər səsləndirib:
“Qarabağ Azərbaycanamı aiddir? Ermənistan ilə Paşinyan bu iddianı qəbul edirmi? Qarabağ üçün mücadilə edənlər, bu torpaqlar üçün neçə insanın qanını verdiyini, erməni xalqının bunun üçün necə bir qəhrəmanlıq etdiyini bilir”.
Daha sonra rus aparıcı bir qədər də irəli gedərək bildirib ki, “Qarabağ dayandığı yerdə olmaq haqqını qazanıb”. (moderator.az)