Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu 35 yaşında tələbə adını qazanıb. Bizimaz.az: BAKU.WS xəbər verir ki, o, Azərbaycan Milli Konservatoriyasının Estrada sənəti ixtisasına daxil olub.
Həm yazılı, həm də qabiliyyət imtahanından yüksək bal toplayan virtuoz ifaçı imtahanın nəticələrini sosial şəbəkədə hər kəslə bölüşüb:
“Tələbə adını qazanmaq mənə də qismət oldu. 35 yaşımın olmasına baxmayaraq, istədim ali savadlı musiqiçi olum. Allaha şükürlər olsun. Tələbə adı qazanan hər kəsi təbrik edirəm”.