Xəbər lenti

Martın 11-də Azərbaycanın xalq artisti Emin Ağalarov və Rusiyanın tanınmış müğənnisi Qriqori Lepslə bərabər Moskvada "Lesnoy" adlı restoran açıb.

 

Bizimaz.az  Bakı.vs-ə sitinadən xəbər verir ki, məkanın açılışında Emin, Qriqori Leps, Viktoriya Daynenko, MBAND, Natan, MC Doni, CYGO, Artik & Asti, Artyom Kaçer, "Fabrika" qrupu və başqa artistlər çıxış ediblər.

Gecənin aparıcılığı Yana Koşkina və Konstantin Tarasyuka həvalə edilib.

Qonaqlar arasında "Crocus Group"un prezidenti Araz Ağalarov, Filip Kirkorov, Rita Dakota, Yuliya Baranovskaya, Yuri Aksüta, İrina Çaykovskaya, Mişa Marvin və başqaları olub.

Xatırladaq ki, Eminlə Qriqori Lepsin "Рюмка водки" adlı daha bir restoranı var. Emin həmin restoranı daha bir neçə şəhərdə, eləcə də Bakıda açmaq niyyətindədir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov