Xalq artisti, kinorejissor Vaqif Mustafayev “Birlikdə qələbə qazandıq” XV Sevastopol Beynəlxalq kinofestivalına mötəbər jürinin sədri kimi dəvət olunub.
Bizimaz.az xəbər verir ki, festival 12-18 may tarixlərində keçiriləcək.
Qeyd edək ki, Vaqif Mustafayev keçən il bu festivalda jüriyə sədrlik etmək üçün dəvət olunsa da, gərgin iş qrafikinə görə qəbul edə bilməmişdi.