Xəbər lenti

Mədəniyyət Nazirliyində yeni kadr təyinatları olub.

 

Bizimaz.az  xəbər verir ki, nazir Əbülfəs Qarayevin müvafiq əmri ilə Cəfərova Türkan Orucəli qızı nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri təyin edilib.

T.Cəfərova bu təyinata qədər həmin sektorda baş məsləhətçi vəzifəsində çalışıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun baş məsləhətçisi vəzifəsi isə Elnarə Quliyevaya həvalə olunub.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov faktı təsdiqləyib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov