Xəbər lenti


Rasim Balayevlə dostluq münasibətimiz var, biz illərdir bir-birimizi tanıyırıq.

 

Bizimaz.az xəbər verir ki, bu sözləri bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev M.F.Axundov adına Milli Kitabxanada dövlət başçısı ilə görüşdə müzakirə olunan məsələlərə həsr edilmiş mətbuat konfransında xalq artisti Rasim Balayevin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də incəsənət və mədəniyyət xadimləri ilə görüşünə dəvət edilməməsinə aydınlıq gətirərkən çıxışında deyib.

“200-dən çox xalq artisti, 1300-dən çox əməkdar incəsənət xadimi, rəssam və yazıçı var. Sözsüz ki, onların hamısını dəvət etmək mümkün deyil. Növbəti görüşlərdə digər görkəmli incəsənət xadimləri, xalq artistləri, nüfuzlu bəstəkarlar və rəssamlar dəvət olunacaq. Bizə kim müraciət edirsə, onları hər zaman qəbul edirik. Sadəcə, bu formatda təşkil edilən görüşdə kimsə kənarda qalıbsa, üzr istəyirəm, gələn dəfə nəzərə alınacaq", - nazir bildirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov