Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb.
Bizimaz.az xəbər verir ki, martın 5-də saat 14.00-da M.F.Axundzadə adına Milli Kitabxanada Mədəniyyət naziri Əbülfəs Qarayev dövlət başçısı ilə görüşdə müzakirə olunan məsələlərə həsr edilmiş mətbuat konfransı keçirəcək.