Xəbər lenti

 

“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi 2019-cu ili mənfəətlə başa vurub.

 

Bizimaz.az bildirir ki, Oxu.Az-ın qurumun 2019-cu il üzrə maliyyə hesabatına əsasən verdiyi məlumata görə, İdarə 2019-cu ili 1 milyon 760,3 min manat xalis gəlirlə başa vurub.

Qurumun 2019-cu il üzrə əsas əməliyyat gəlirlərinin həcmi 8 milyon 686,4 min manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə, 18,3 faiz azdır. Ümumi xərclərin həcmi isə 2 milyon 308,8 min manat olub və ötən ilə nisbətən 3,3 dəfə azalıb.

Əmək müqavilələri əsasında çalışan işçilərin əməkhaqlarının ödənilməsinə 4 milyon 752,3 min manat, sosial fondların təminatına ayırmalara 902,7 min manat sərf olunub. Köhnəlmə və amortizasiya xərclərinin həcmi 546,1 min manat təşkil edib, bu isə ötən illə müqayisədə, 2 dəfəyə qədər azdır.

2018-ci ili 3,5 milyon zərərlə yekun vurduğu əməliyyat mənfəətinin həcmi 2019-cu ildə 2 milyon 30,5 min manat təşkil edib.

2019-cu ildə qurum 31,1 min manat mənfəət vergisi ödəyib.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi 2018-ci ili 929,5 min manat xalis zərərlə başa vurub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov