AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Ombudsman Səbinə Əliyeva bu dəfə sözügedən toyda geyindiyi libasının qiyməti ilə gündəmə gəlib.
Kult.az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə, Səbinə Əliyevanın toyda geyindiyi libas məşhur “Valentino” brendindəndir.
Brendin “V-Neck Lace Dress” seriyasından olan libasının qiymətinin 2860 dollardan başladığı bildirilir.
Səbinə Əliyevanın üzərindəki brilliant dəstin qiymətinin isə 20 min dollara yaxın olduğu iddia edilir.
Qeyd edək ki, Ombudsmanın maaşı 2500 manat civarındadır.