Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva müğənni Nurlan Əzizbəyli və xanımı ilə birgə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovla görüşüb.
Kult.az xəbər verir ki, görüşdə sənətçinin üzləşdiyi ağır mənzil-məişət şəraiti ətrafında geniş fikir mübadiləsi aparılıb.
Yasamal rayon icra başçısı Elşad Həsənov Nurlan Əzizbəyliyə üzləşdiyi problemin həllində dəstək olmaq üçün əlindən gələni edəcəyini deyib.
Millət vəkili Qənirə Paşayeva və sənətçi Nurlan Əzizbəyli məsələyə böyük həssaslıq və diqqətlə yanaşan Elşad Həsənova təşəkkür ediblər.
Qeyd edək ki, ötən gün Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Hacı Nuran Hüseynov və Qadın Sahibkarlar Assosiasiyasının rəhbəri Səkinə Babayeva ilə birgə Nurlan Əzizbəylinin evinə getmiş və onun şəraiti ilə tanış olmuşdu. Millət vəkili müğənninin sosial problemləri və mənzil şəraitsizliyi ilə bağlı məsələləri aidiyyəti qurumlara çatdıracağını bildirmişdi.