İnsanlar beş il sonra kriptovalyutadan aktiv şəkildə istifadə edəcəklər və ənənəvi pullar ikinci plana keçəcək.
Bizimaz.az xəbər verir ki, bunu “Foks Nyus” televiziyasına müsahibəsində amerikalı milyarder Tim Dreyper deyib. Onun sözlərinə görə, yaxın illərdə bazarlarda nağd puldan yalnız cinayətkarlar istifadə edəcəklər:
“Banklarda yatan pullar bitkoinə yatırılan pullara nisbətdə daha böyük təhlükə altındadır. Gələcək artıq blokçeynə məxsusdur”.