2019-cu ilin yanvar ayında Azərbaycanda içki istehsalında 48,9 faiz, qida məhsullarının istehsalında 14,3 faiz artım olub, tütün məmulatlarının istehsalı isə 33,5 faiz azalıb.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ən böyük sıçrayış araq buraxılışında qeydə alınıb.
Belə ki, araq istehsalı beş dəfə artaraq, 175,6 min dkl təşkil edib. Alkoqolsuz içkilərin istehsalı isə 50,6 faiz yüksəlib və 1 275,8 min dkl olub. Bu il fevralın 1-nə isə Azərbaycanda üzüm şərabı üzrə ehtiyat 1 122,6 min dkl təşkil edib.
Dövlət Statistika Komitəsinin aylıq hesabatına əsasən, 2018-ci ilin yanvar ayı ilə müqayisədə, 2019-cu ilin yanvarında qənd və şəkər tozu istehsalı 5,1 dəfə, duru bitki yağlarının istehsalı 54,6 faiz, cem və marmeladların istehsalı 3,7 faiz, araq istehsalı 5,0 dəfə, alkoqolsuz içkilərin istehsalı 50,6 faiz artıb.