Xəbər lenti



Hazırda ölkə banklarındakı əmanətlərin həcmi 8 milyard 375 milyon manatdır.

 

Bizimaz.az  xəbər verir ki, regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 7 milyard 707 milyon manatı Bakı şəhərinin sakinlərinə məxsusdur, başqa sözlə, bütün varlılar paytaxta toplanıb. Halbuki, ölkə əhalisi 10 milyona çatır və rəsmən onların 2 milyon 262 min nəfərinin Bakıda yaşadığı bildirilir.

Belə çıxır ki, rayonların qeydiyyatında olan 7 milyon nəfərdən çox əhalisinin ehtiyat kimi banklarda cəmi 668 milyon manat pulu var?!

Göründüyü kimi, rəqəmlərin arasındakı nisbət çox böyükdür və paytaxt ilə ölkənin on iqtisadi rayonu arasında kəskin bir fərq ortaya çıxır.

Statistikaya baxsaq, regionlar arasında bankda əmanəti olanlar sayında Bakıya yaxınlığı ilə seçilən Abşeron iqtisadi rayonubirincidir. Burada yaşayan 568 min nəfərin banklarda 192 milyon 700 min manat pulu var, başqa sözlə, adambaşına 339 manatdan bir az çox əmanətə sahibdirlər.

Gəncə-Qazax iqtisadi rayonunda yaşayan 1 milyon 274 min nəfər 162 milyon 151 min (adambaşına 127 manat), Aran iqtisadi rayonunda yaşayan 2 milyon nəfər isə 112 milyon 778 min manat (adambaşına 56 manat) bank əmanətinə sahibdir.

Quba-Xaçmazda yaşayan 544 min nəfərin isə bankda cəmi 53 milyon 153 min manat pulu var. Lənkəranın 927 min nəfər əhalisi banklara 46 milyon 149 min manat pul qoyub.

Şəki-Zaqatalada yaşayan 616 min nəfər isə 36 milyon 618 min manat pulunu banklara etibar edib. Naxçıvanın 453 min sakini banklara 37 milyon 116 min manat (adambaşına 81 manat) yerləşdirib.

Məlumat üçün onu da qeyd edək ki, bu vəsaitlərin 3 milyard manatı milli valyutada olan əmanətlərdir və orta faiz dərəcəsi 6,7% təşkil edir. 5 milyard manat həcmində əmanətlər isə xarici valyutadadır və onun orta faiz dərəcəsi 1,8 faizdir.

Təbii ki, əhalidə olan vəsaitin böyük bir hissəsi "yastıqaltı pullar"dır və nəzərə almaq lazımdır ki, regionlarda yaşayan əhali xüsusilə bank xidmətlərindən daha az istifadə edir. 

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov