Cəlilabad rayonunda mebel fabriklərində kütləvi zəhərlənmə olub.
Bizimaz.az bildirir ki, Report-un məlumatına görə, hadisə rayonda yerləşən "Woodpecker" mebel fabrikində qeydə alınıb.
İlkin məlumata görə, zəhərlənmə əşyaların düzəldilməsi üçün istifadə olunan xüsusi kleylərdən baş verib. Hadisə nəticəsində 5 nəfər xəstəxanaya çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.