Xəbər lenti

Milli Məclisin İnsan Hüquqları Komitəsinin Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədliyi irəli sürülən şəxslər barədə iclası bu gün saat 15:00-da başlayacaq.

 

Bizimaz.az: Bu barədə Axar.az-a açıqlamasında Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, müzakirələrin konkret hansı istiqamətdə olması məlum deyil:

“Namizədlər barədə konkret hansı məsələlərin müzakirə olunacağı barədə dəqiq məlumat yoxdur. Bizə yalnız bildirilib ki, saat 15:00-da Ombudsman vəzifəsinə namizədliyi irəli sürülən 3 şəxsin namizədliyi müzakirə ediləcək. Sonra isə bu məsələyə Milli Məclisin plenar iclasında baxılacaq”.

Millət vəkili onu da qeyd edib ki, bugünkü müzakirədə hansısa şəxsin namizədliyinin ləğv ediləcəyi gözlənilmir:

“Ümumiyyətlə, bu barədə indidən fikir söyləmək tezdir. Lakin mənə elə gəlir ki, plenar iclasa hər 3 namizəd çıxarılacaq”.

E.Nəsirov Ombudsman Elmira Süleymanovanın istefa ərizəsi yazması ilə bağlı hələlik məlumat olmadığını da qeyd edib:

“Məndə Elmira xanımın istefa ərizəsi yazması ilə bağlı məlumat yoxdur. Heç özü də bununla bağlı mətbuata açıqlama verməyib”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edir. E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Ötən gün Prezident İlham Əliyev tərəfindən Ombudsman vəzifəsinə 3 nəfərin namizədliyini irəli sürülüb. Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

Ombudsman vəzifəsinə namizədlər Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

06 May 2025 Rusiyaya getmək çətinləşir - İyunun 30-dan kod alınmalıdır
05 May 2025 Prezident və xanımı Patriarx Kirill ilə görüşdü
05 May 2025 Zelenski: Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır
02 May 2025 SON DƏQİQƏ: Vaşinqton Moskva-Kiyev danışıqlarında vasitəçi olmaqdan İMTİNA ETDİ
01 May 2025 Parlament Kamran Əliyevin yenidən təyin edilməsinə razılıq verdi
30 Aprel 2025 Prezident Qusarda
29 Aprel 2025 Azərbaycan-İran strateji tərəfdaşlığı: Yeni səviyyədə əməkdaşlıq və dostluq mesajı
29 Aprel 2025 Azərbaycanda Vahid İnformasiya Sistemi yaradılacaq
29 Aprel 2025 Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi
29 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - Pezeşkian
29 Aprel 2025 İranın Azərbaycanla yaxınlaşamağa ehtiyacı var - AÇIQLAMA
25 Aprel 2025 DİN-dən vətəndaşlara ÇAĞIRIŞ
25 Aprel 2025 Tramp Putinə çağırış etdi - “Dayan!”
23 Aprel 2025 İstanbulda 6 ballıq zəlzələ oldu
23 Aprel 2025 Çinlə vizasız səfər edəcəyik
23 Aprel 2025 İlham Əliyevlə Si Cinpinin geniş tərkibdə görüşü oldu - Fotolar
22 Aprel 2025 Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə - YENİLƏNİB
22 Aprel 2025 Bu sertifikatın qüvvədə olma müddəti 5 il olacaq
22 Aprel 2025 Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar
21 Aprel 2025 Pezeşkian bu həftə Azərbaycana gedəcək - İsmayıl Bekayi
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov