Xəbər lenti



Bu gün Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəlinin açılışı olub.

 

APA-nın xəbərinə görə, açılış mərasimində Azərbaycan Müdafiə nazirinin müavini Kərim Vəliyev, İsrailin Azərbaycandakı səfiri Dan Stav, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, Dağ yəhudiləri dini icmasının, Albert Aqarunovun ailə üzvləri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.

Albert Aqarunovun heykəli Bakının Nərimanov rayonu ərazisində, Milli Qəhrəmanın adını daşıyan küçədə ucaldılıb. Albert Aqarunovun heykəlinin müəllifləri heykəltəraşlar Rahib Qarayev və Zamik Rzayevdir.

Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində anadan olub. O, 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov