Azərbaycan Respublikası Prezidenti İlqar Abbasovun Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bizimaz.az sərəncamın mətnini təqdim edir.
İlqar Namaz oğlu Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.
***
Prezidentin digər sərəncamı ilə İlqar Abbasov Suraxanı rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilib.
***
Prezident Şirvan İH-nin başçısı Mərdan Talıb oğlu Camalovu vəzifəsindən azad edib və onu Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.
***
İlham Əliyevin daha bir sərəncamı ilə Lütfəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əziz İmran oğlu Əzizovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Əziz İmran oğlu Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.